Gürcüstanda məhkəmə qərar verdi: Saakaşvili 3 milyon dollardan çox pul ödəməlidir

29.09.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini və onun keçmiş mühafizə rəisi Teymuraz Canaşiyanı onun hakimiyyəti dövründə israf edilən 9 milyon lariyə qədər (3 milyon dollardan çox) məbləği dövlət xəzinəsinə ödəmələrinə qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Gürcüstanın "InterPressNews" xəbər agentliyi məlumat verib.

Qərar hakim Aleksandr Qzirişvili tərəfindən verilib. Müvafiq iddia ilə Gürcüstanın Maliyyə Nazirliyi məhkəməyə müraciət edib. Nazirlik iddia edib ki, Saakaşvili və Canaşiya 2025-ci ilin martında təqribən 9 milyon larini mənimsəməkdə təqsirli biliniblərsə, o zaman qeyd edilən pul dövlət xəzinəsinə qaytarılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью