Gürcüstanda məktəbə silahlı hücum planlaşdıran yeniyetmələr saxlanılıb

24.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda hüquq-mühafizə orqanları Tbilisidəki məktəblərdən birinə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki azyaşlını saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, yeniyetmələr aprel və may aylarında sosial şəbəkələr vasitəsilə tanış olublar. Onlar məktəbdə xaos yaratmağı və silahdan istifadə edərək oradakı şəxslərə xəsarət yetirməyi planlaşdırıblar.

Saxlanılan şəxslər zorakılığa, əmlakın məhvinə və silah istifadəsinə səbəb ola biləcək qrup hərəkətlərini təşkil etməyə və onlarda iştirak etməyə hazırlıq görməkdə ittiham olunurlar. Bu əməllərə görə onları 6 ildən 9 ilədək həbs cəzası gözləyə bilər.

Məhkəmə yeniyetmələrdən biri barəsində həbs qətimkan tədbiri seçib. Prokurorluq ikinci şübhəli barəsində də qətimkan tədbirinin müəyyən edilməsi üçün məhkəməyə müraciət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью