Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. “Radikallar və onların xarici himayədarları ölkəni parçalamağa, Gürcüstanı Ukraynaya çev
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, artıq üçüncü ildir Gürcüstanın ukraynalışdırılmasına nail ola bilməyən konkret avropalı siyasətçilər və bürokratlar namizəd statusu və danışıqların bərpası məsələsini Gürcüstanın zəiflədilməsi üçün davamlı olaraq istifadə etməyə çalışırlar.
“Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz.
Gürcüstanda “meydan ssenarisi”ni həyata keçirmək mümkün deyil. Gürcüstan dövləti buna imkan verməyəcək”, - Kobaxidze deyib.
Baş nazir bildiri ki, ötəngünkü mitinqə görə əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri və bürokratları, 4 siyasi partiyanın təmsil olunduğu “beşinci kolon”un üzərinə düşür.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.