Gürcüstanda mikroavtobus dərəyə aşıb, 4 turist ölüb

13.08.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 13 avqust, AZƏRTAC

Gürcüstanın Qomi dağında turistləri daşıyan mikroavtobus dərəyə aşıb.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı 4 Belarus vətəndaşı ölüb, yaralananların bəziləri Ozurqeti və Çoxatauri rayonlarındakı xəstəxanalara çatdırılıblar.

Xilasetmə əməliyyatları davam etdirilir, araşdırma aparılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью