Gürcüstanda mitinqlərdə maska ​​taxmaq qadağan olundu

30.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İnauqurasiya günü, dekabrın 29-da Gürcüstan prezidenti Mixeil Kavelaşvili etiraz aksiyalarında maska ​​taxmağı, pirotexniki vasitələrdən və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb. 

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

"Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzü maska ​​və ya digər vasitələrlə örtmək qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarının gözündə parıldayan pirotexniki və lazerlər də daxildir. 

Baş nazir İrakli Kobaxidze bildirib ki, qanun həm etiraz aksiyaları, həm də əks aksiya iştirakçılarının üzlərinin örtülməsini qadağan edəcək ki, bu da zorakılığın qarşısını almağa kömək edəcək. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью