Gürcüstanda MSK sədrinin üzünə qara boya atdılar Video

16.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzünə qara rəngli boya atılıb.

“Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müxalifət nümayəndəsi David Kirtadze komissiyanın oturduğu masaya yaxınlaşaraq sədrin üzünə boya atıb.

Bundan sonra Kirtadze zalı tərk edib və MSK-nın iclası müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Müxalifət seçkinin nəticələri ilə razılaşmayaraq etiraz aksiyalarına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью