Gürcüstanda Müstəqillik Günü qeyd edilir

26.05.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 26 may, AZƏRTAC

Gürcüstanda 26 May-Müstəqillik Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə paytaxt Tbilisidə və ölkənin digər şəhərlərində Müstəqillik Günü və xristianlığın dövlət dini elan edilməsinin 1700-cü ildönümü ilə əlaqədar bayram tədbirləri təşkil olunub, hərbi xidmətə yeni çağırılmış əsgərlərin andiçmə mərasimi keçirilib.

Tbilisinin Azadlıq meydanında əsgərlər hərbi andı qəbul etdikdən sonra Prezident Mixeil Kavelaşvili, Patriarx III Şio, Baş nazir İrakli Kobaxidze, müdafiə naziri İrakli Çikovani və digər rəsmi şəxslər xalqı təbrik ediblər.

Gənc əsgərlər həm Tbilisidə, həm də ölkənin 12 bölgəsində and içiblər.

Andiçmə mərasimindən sonra toplardan yaylım atəşləri açılb.

Gürcüstan hərbi hava qüvvələrinə məxsus təyyarələr səmada nümunəvi uçuşlar həyata keçirib.

Paytaxtda mədəni, idman və əyləncə tədbirlər də təşkil olunub,

Bayram tədbirlərində Tbilisidə və bölgələrdə yaşayan Gürcüstan azərbaycanlıları da fəal iştirak edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью