Gürcüstanda müxalifət koalisiyasının lideri HƏBS EDİLDİ

06.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanda müxalifətin “Dəyişiklik naminə” koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.
Bizim.Media xəbər verir ki, 1TV-nin məlumatına görə, Qvaramiya 12 sutka həbs edilib.
Qeyd edək ki, o, dekabrın 4-də Droa partiyasının ofisində polisin müxalifət hərəkatlarının binalarına basqını zamanı saxlanılıb.
Daha sonra təhlükəsizlik qüvvələri “Dəyişiklik Koalisiyası”na daxil olan digər partiyanın – “Axali”nin ofisinə, eləcə də “Birlik – Milli Hərəkat” alyansının ofisinə gəliblər. Koalisiyanın digər nümayəndəsi Gela Hasaya da saxlanılıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью