Gürcüstanda müxalifət lideri Giorgi Baramidze həbs edildi

12.09.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qəbul edib.
Müxalifətçi ona qarşı sürülən ittihamı absurd və ağlasığmaz adlandırıb.
Qeyd edək ki, Giorgi Baramidze ötən gün evində saxlanılıb. O, iyul ayında televiziya proqramında Abxaziya müharibəsində gürcü hərbçilərin əsir götürməyərək onları yerindəcə güllələdiklərini deyib.
Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, siyasətçi bu fikirləri ilə faktiki olaraq Gürcüstan ordusunu ağır hərbi cinayətlər törətməkdə və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib, dövlət və milli maraqlara xələl gətirib.
Giorgi Baramidzenin günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Giorgi Baramidze Mixeil Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью