Gürcüstanda müxalifət lideri saxlanıldı

29.05.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

Müxalifətçi bu gün məhkəməyə çağırılmasına baxmayaraq, iclasa gəlməyib.

Qeyd edək ki, N.Meliya parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 50 min lari məbləğində girov tətbiq edib. O, girovu ödəməkdən imtina edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью