Gürcüstanda müxalifət toplandı: böyük mitinq başlayır

04.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Gürcüstan müxalifəti bu gün Tbilisidə böyük mitinqə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, mitinq 19:00-da parlament binasının qarşısında olacaq.

Aksiya öncəsi müxalifət liderləri Lelo Partiyasının ofisində konsultasiyalar üçün toplaşıblar.

Etirazçıların parlamentin önünə yürüşə saat 17:00-da başlayacaqları bildirilib.

Mitinqin təşkilatçıları sırasına Qaxariya Gürcüstan Naminə Koalisiyası qoşulmayıb. Bununla belə, koalisiya tərəfdarlarını mitinqə qatılmağa səsləyib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью