Gürcüstanda müxalifətin mitinqi başladı

04.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Gürcüstanın paytaxtı Tiflis şəhərində parlament seçkilərinin nəticələrini tanımayan gürcü müxalifəti mitinqə hazırlaşır. Müxalifət tərəfdarları “Vağzal meydanı” metro stansiyasının yaxınlığında toplaşıb.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan mediası yazıb.

Qeyd olunur ki, buradan Rustaveli prospektindəki parlament binasına doğru yürüş edən etirazçılar Ağmaşenebeli prospekti ilə gəzərək Avropa Birliyinin himnini oxuyur və yoldan keçənləri onlara qoşulmağa çağırırlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью