Gürcüstanda NATO təlimi başlayıb

29.09.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın NATO Çoxmillətli Hərbi Polis Batalyonuna qoşulması çərçivəsində SHARP LYNX 2026 kompüter əsaslı təlimi keçirilir.

SİA xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Təlimin açılış mərasimi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutub. Mərasimdə Gürcüstan Müdafiə Qüvvələri Komandanının müavini general-mayor İrakli Çiçinadze, Hərbi Polis İdarəsinin rəisi, general-mayor Şalva Şengeliya və JTEC komandiri polkovnik David Qaqua iştirak ediblər. Onlar təlim iştirakçılarına uğurlar arzulayıblar.

Təlim çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinin hərbi polisinin imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

SHARP LYNX 2026 NATO Çoxmillətli Hərbi Polis Batalyonuna qoşulmaq üçün müəyyən edilmiş prosedurlar çərçivəsində keçirilən yekun fəaliyyətlərdən biridir. NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində keçirilən təlimin məqsədi çoxmillətli mühitdə qarşılıqlı fəaliyyət, heyət prosedurları, koordinasiya və idarəetmə imkanlarının təkmilləşdirilməsidir.

Təlimdə Gürcüstanla yanaşı, Polşa, Çexiya, Slovakiya, Xorvatiya və Macarıstanın hərbi polis bölmələrinin nümayəndələri iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью