Gürcüstanda növbəti etiraz aksiyaları başa çatdı

07.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xüsusi təyinatlılar Rustaveli prospektində keçirilən aksiyanı su şırnağı və gözyaşardıcı qazlarla dağıtdıqdan sonra nümayişçilər etiraz aksiyasını başa çatdırmaq qərarına gəliblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, polis xüsusi təyinatlı dəstələri yerli vaxtla 00:35 radələrindən başlayaraq Rustaveli prospektində nümayişi dağıtmağa başlayıblar.

Az əvvəl hüquq mühafizə orqanları etiraz aksiyasının yatırılmasına nail olublar. Polisin aksiyada iştirak edən bir neçə nəfəri saxladığı bildirilir.

Xatırladaq ki, artıq doqquzuncu gündür Tbilisi və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью