Gürcüstanda Orta Dəhlizlə bağlı müzakirə aparılıb

29.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 29 yanvar, AZƏRTAC

Orta Dəhlizin artan əhəmiyyəti, Gürcüstan hökumətinin bu istiqamətdə həyata keçirdiyi əsas infrastruktur layihələri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunun görüşündə müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Admnistrasiyası məlumat yayıb.

Görüşdə, Şərq-Qərb Magistral Yolu, Bakı-Tbilisi-Qars Dəmir Yolu və Anakliya Dərinsulu Limanı layihələrinin regional əhəmiyyəti də qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью