Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda dünyaya gələn və hazırda da bu ölkədə çıxış edən Raul Hacıyev Sportal.az saytına danışıb.
İdman.biz xəbər verir ki, bir ara AFFA-nın milliləşdirərək U-19 yığma komandamıza cəlb etmək istədiyi futbolçunun yığmada debütü baş tutmamışdı.
Yaxın vaxtlarda isə Gürcüstanda yaşayan həmyerlimizin əsas komandamızda oynaması reallaşa bilər.
Gürcüstanda aşağı liqada “Spaeri” klubunda oynayan Raul yığmamızda çıxış etmək şanslarının olduğunu deyib: "Sənəd məsələlərinə görə U-19 yığmasının heyətində Avropa çempionatının seçmə oyunlarında oynaya bilmədim.
Hazırda AFFA və milli komandadakı məşqçilər sənəd məsələlərini həll etməyə çalışırlar.
Azərbaycan pasportu alınsa, Gürcüstanda oynamağıma zərər etməyəcək. Ancaq mən Azərbaycanda oynamağı çox istəyərdim.
Gürcüstan və Azərbaycanın U-19 yığmaları arasında seçim qarşısında qalmışdım. Sonda Azərbaycanı seçdim.