Gürcüstanda pasportlara milliyyət barəsində məlumat əlavə edilə bilər

03.06.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanda yeni pasportlarda "milliyyət", "ata adı" və "vətəndaşlıq vəziyyəti" qrafalarının bərpa edilməsi gözlənilir. Belə bir təşəbbüs ölkə parlamentinə təqdim edilib.
Təşəbbüsün müəllifi, vətəndaş Lela Kavtaradze deyib: "Gürcü mənşəyimizin tamamilə itməməsi üçün buna ehtiyacımız var".
Təşəbbüsün reallaşıb-reallaşmayacağı hələ bəlli deyil. Parlament bürosu təklifi hüquqi məsələlər komitəsinə yönəldib.
Yaxın zamanda Gürcüstanda şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi gözlənilir.
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью