Gürcüstanda polis etirazçı kütləni dağıtdı, bundan sonra nələr olacaq? ŞƏRH | Icma.az
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Tiflisdə gərginlik artır.
Ötən gün şəhərin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasına minlərlə şəxs qatılıb.
Mitinq iştirakçıları “Gürcü Arzusu”nun bugünkü – Avropa Birliyinə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edib və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildiriblər.
Onların fikrincə, Gürcüstanı Avropanı seçmək xilas edəcək. Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki
Mitinqdə diqqətimi çəkən əsas məqam isə həm seçki kampaniyası dövründə, həm də seçkidən sonra müxalifətin fərsizliyidir.
Əllərində geniş imkanlar, sıralarında dollar milyonçuları olmasına rəğmən, müxalifət sanki iflic olub. Çox ciddi lider problemi var.
Görünür, həm də bu səbəbdən prezident Zurabişvili özü meydana çıxdı”.
Ş.Cəfərli bildirdi ki, polis kütləni dağıtsa da, önəmli olan ondan sonrakı prosesdir: “Hökumətin zorakılığı etiraz aksiyalarına emosional ruh qata bilər.
Tam oxu
Xəbəri oxu