Gürcüstanda polis ilə etirazçılar arasında yenidən qarşıdurma başlayıb

01.12.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Gürcüstanda parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, polisin bu hərəkəti etirazçılar tərəfindən nidalarla qarşılanıb. Onlar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər.
Eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.
Məlumat üçün bildirək ki, etirazçılar “Gürcü Arzusu”nun qərarına etiraz edirlər, ona əsasən, Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью