Статья не опубликована
Gürcüstanda polis müxalif “Axali” partiyasının lideri Qvaramiyanı saxlayıb | Icma.az

Gürcüstanda polis müxalif “Axali” partiyasının lideri Qvaramiyanı saxlayıb

04.12.2024

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan polisi müxalif Axali partiyasının liderlərindən biri Nika Qvaramiyanı saxlayıb.

Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Bildirilib ki, siyasətçi orada aparılan axtarışlar zamanı partiyanın ofisinə daxil olmağa cəhd edib və hüquq-mühafizə orqanları əməkdaşları ilə münaqişə zəminində saxlanılıb.

Hazırda o, istintaq təcridxanasına aparılıb. Eyni zamanda partiyanın ərazisində axtarışlar davam etdirilib.

Mövsüm

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью