Gürcüstanda prezident sarayına basqın etmək cəhdinə görə daha 16 nəfər saxlanılıb

17.10.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları oktyabrın 4-də Tbilisidə prezident sarayına basqın cəhdi ilə bağlı daha 16 nəfəri saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, həbs olunanların ümumi sayı 62-yə çatıb, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Gela Geladze brifinqdə bildirib.

"Yuxarıda qeyd olunan cinayət işi ilə bağlı biz bu gün daha 16 nəfəri saxladıq. Davam edən istintaq çərçivəsində ümumilikdə 62 nəfəri saxladıq, xaricdə yerləşən iki şəxs barəsində isə cinayət işi başlanıb", - Geladze bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью