Gürcüstanda prezident seçkiləri dekabrın 14də keçiriləcək AZƏRTAC

26.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bugünkü plenar iclasda məlumat verib.

Bildirib ki, artıq məsələ parlamentin bürosuna təqdim edilib.

Papuaşvilinin sözlərinə görə, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq.

Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən seçiləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью