Gürcüstanda prezident seçkiləri ilə bağlı parlament binasının qarşısında aksiya keçirilir FOTO

14.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Gürcüstanda prezident seçkiləri davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, səsvermənin keçirildiyi parlament binasının qarşısına toplanan etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini bloklayıblar.

Binanın ətrafına çoxlu sayda polis əməkdaşı cəlb edilib. Etirazçılar hakim partiyanın namizəd təqdim etdiyi 53 yaşlı keçmiş futbolçunun legitimliyini tanımadıqlarını bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью