Gürcüstanda prezident seçkilərinin vaxtı dəqiqləşdi

13.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanda yeni prezident seçkilərinin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze Bakıda keçirilən BMT-nin iqlim konfransında jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda həyat öz axarındadı, sakitçilik hökm sürür: "Parlament seçkilərinin nəticələrinə yekun vurulacaq, sonra ilk iclas olacaq. Çox güman ki, gələn il yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək. Bundan sonra həmişəki kimi ölkədə həyat davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью