Gürcüstanda qanunsuz silahsursat aşkarlandı 2si əcnəbi olmaqla 9 nəfər saxlanıldı

10.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə və regionlarda qanunsuz odlu silah və döyüş sursatları müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri çərçivəsində 9 nəfər saxlanılıb. Həmin şəxsləri 7 ilədək həbs cəzası gözləyir.

Saxlanılanların ikisi xarici ölkə vətəndaşıdır. Acarıstan Muxtar Respublikası və Marneulidə yaxalanan həmin şəxslərdən odlu silah və patronlar götürülüb.

Faktlarla bağlı istintaq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью