Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir

22.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Gürcüstan hökumətinin məqsədi Tbilisinin kənarından keçən avtomagistralların tikintisini 2031-ci ilədək başa çatdırmaqdır.

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini İrakli Kobaxidze məlumat verib.

Plana əsasən, Qırmızı körpüdən (Azərbaycan) Türkiyə sərhədinədək (Gürcüstanın Sarpi kəndi, Türkiyənin Artvin vilayəti ilə sərhəd) 4 hərəkət zolaqlı avtobanın tikintisi 2030-cu ildə tamamlanacaq. 2031-ci ildə isə bütün avtomagistralların tikintisi başa çatmalıdır. 

Tiflisin kənarından keçən dairəvi yol da Türkiyə və Azərbaycan sərhədlərini birləşdirəcək avtobanın tərkib hissəsidir. Tikinti başa çatdıqdan sonra 3 ölkə arasında hərəkət edən yük avtomobillərinin paytaxta daxil olmaq zərurəti aradan qalxacaq. Bununla həm Tbilisinin infrastruktur yükü, həm də yükdaşımalara sərf edilən vaxt azalacaq.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью