Gürcüstanda qocalar evində yanğın ÖLƏNLƏR VAR

07.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Gürcüstanda qocalar evində yanğın baş verib.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə Mtsxeta-Mtinate rayonunun Muxrani kəndindəki “Muxranis Savane” özəl qocalar evində baş verib.

Nəticədə iki ahıl insan ölüb. Yanğın zamanı daha iki nəfər xəsarət alıb.

Qocalar evinin qalan sakinləri isə müvafiq müayinələrdən keçərək, başqa sığınacaqlara köçürülüblər və onlara bütün lazımi xidmətlər göstərilib.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью