Gürcüstanda radikal nümayişçilər polisi belə atəşə tutdular GÖRÜNTÜLƏR Xəbər saytı Son xəbərlər və Hadisələr

04.12.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın paytaxtı Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında növbəti toqquşma baş verib.

BAKU.WS xəbər verir ki, Tbilisinin mərkəzindəki Rustaveli prospektində toplaşan nümayişçiləri dağıtmaq üçün Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri cəlb oluublar.

Etirazçılar əvvəlcədən hazırlıqlı olduqları üçün polis əməkdaşlarına müqavimət göstəriblər. Belə ki, əleyhqaz və kustar üsulla fişəngdən hazırlanmış vasitəslərlə radikal etirazçılar polisə atəş açıblar.

Xüsusi təyinatlılar parlament binası qarşısındakı ərazidə etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa müvəffəq olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью