Gürcüstanda REYD: azərbaycanlılar da saxlanıldı

10.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanda polis əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı genişmiqyaslı reydlər keçirib. Əməliyyatlar nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ölkənin müxtəlif bölgələrində yoxlamalar aparıblar. Saxlanılanlar arasında Rusiya, Türkiyə, Azərbaycan, Çin, Hindistan, Pakistan və digər ölkələrin vətəndaşları da var.

Saxlanılan şəxslər müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Onların Gürcüstandan deportasiya edilməsi ilə bağlı müvafiq prosedurlara başlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, miqrasiya qanunvericiliyinə edilən yeni dəyişikliklər qüvvəyə mindikdən sonra ölkədə 20 mindən çox əcnəbi yoxlamadan keçirilib.

Qeyd edək ki, iyun ayında Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizə məqsədilə xarici vətəndaşların vahid reyestrinin yaradılmasının planlaşdırıldığını açıqlayıb.

Onun sözlərinə görə, yeni sistem çərçivəsində Gürcüstana daxil olan bütün xarici ölkə vətəndaşlarının qeydiyyatı aparılacaq. Məqsəd miqrasiya qaydalarının pozulmasının qarşısını almaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью