Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: Əlləri, üzü, boynu yanıb

29.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə Gürcüstanda müxalifətin keçirdiyi etiraz aksiyası dağıdılarkən rusiyalı jurnalist xəsarət alıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Tbilisidə parlamentin yaxınlığında müxalifətin nümayişini dağıdarkən, xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Bu zaman “RİA Novosti”nin hadisə yerində olan müxbiri yaralanıb. Ona xəsarətin təhlükəsizlik qüvvələri tərəfindən yetirildiyi bildirilir.

Məlumata görə, müxbirin əlləri, üzü və boynu yanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью