Gürcüstanda ruslara qadağa qoyuldu

11.09.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Tbilisidə keçirilən “Zion Festival 2026” musiqi festivalının təşkilatçıları Rusiya vətəndaşlarının tədbirə girişini qadağan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Festivalın sentyabrın 25-26-da keçirilməsi planlaşdırılır. Məlumata görə, Rusiya vətəndaşları artıq ümumi dəyəri təxminən 500 min rubl olan biletlər alıblar və qadağadan sonra pullarını geri almağa çalışırlar.

Bəziləri hətta Gürcüstanın insan hüquqları üzrə ombudsmanına müraciət edərək, təşkilatçıları milli ayrı-seçkilikdə ittiham ediblər.

Festivala biletlər 2,7-4,5 min rubl olub. Üstəlik rusdilli platformalardan birində satışlar hələ də davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью