Gürcüstanda seçicilərin 28,22 faizi səsvermədə iştirak edib YENİLƏNİB

04.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Gürücstanda keçirilən yerli seçkilərdə səsvermə davam edir.

AZƏRTAC Gürcüstan MSK-ya istinadla xəbər verir ki, saat 15:00-a olan məlumata görə, 991 min 651 seçici səs verib, bu da ümumi seçicilərin 28,22 faizini təşkil edir.

Hazırkı vaxtadək dairə seçki komissiyalarına 5 şikayət daxil olub. Onlar da əsasən foto və video çəkiliş qaydalarının pozulması, seçki məntəqəsinin quruluş qaydalarının pozulması, seçki məntəqəsinin xaricində seçicilərin qeydiyyata alınması ilə bağlıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью