Gürcüstanda seçki yarışında şok isim Qamsaxurdiya namizəd oldu

26.11.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan prezidenti postuna iki şəxs namizədliyini verəcəyi gözlənilir.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, prezident postuna birinci namizəd "Gürcü Arzusu” partiyasından olan keçmiş baş nazir İrakli Qaribaşvilidir.
İkinci namizəd isə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiyadır. Belə ki, sabiq prezidentin oğlu hazırda Milli Parlament Kitabxanasının direktorudur.

Qeyd edək ki, Zviad Qamsaxurdia Gürcüstanın ilk prezidenti olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью