Gürcüstanda seçkilərin yekun nəticələri AÇIQLANDI

16.11.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun protokolunu təsdiq edib.
Bizim.Media Report-a istinadən xəbər verir ki, protokola görə, hakim “Gürcü Arzusu” partiyası 150 mandatdan 89-nu qazanıb.
Həmçinin, Gürcüstan parlamentinə əlavə dörd siyasi qüvvə daxil olub:
“Dəyişikliklər üçün Koalisiya” - 19 mandat
“Birləşmə – Milli Hərəkət” - 16 mandat
“Güclü Gürcüstan” – 14 mandat
“Gürcüstan üçün” – 12 mandat
 

Qeyd edilib ki, Gürcüstanın hakim partiyası təxminən 54% seçici səsi qazanaraq dördüncü dəfə hakimiyyəti qoruyub saxlayıb.


Gürcüstan prezidenti yeni seçilmiş parlamentin ilk iclasını təyin etməlidir və bu, on gün ərzində olmalıdır.
Bundan əvvəl Baş nazir İrakli Kobaxidze iclasın prezidentin qərarından asılı olmayaraq keçiriləcəyini bildirmişdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью