Gürcüstanda silah qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa edilib

30.09.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 30 sentyabr, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) son bir neçə gün ərzində Tbilisidə, eləcə də İmereti, Kaxeti və Şida Kartli bölgələrində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində silah qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvlərini yaxalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nəticədə 9 nəfər qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə saxlanılıb. Onlardan 4-ü əvvəllər məhkum olunub. İndi onları 7 ilə qədər həbs gözləyir. Təqsirləndirilən şəxslərin avtomobillərinə və evlərinə baxış zamanı polis sübut kimi avtomat, revolver, tapança, patron və sandıqçalar götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (“Qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, saxlama, gəzdirmə, daşıma və satma”) ilə istintaq aparılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью