Gürcüstanda situasiya nəzarət altıdadır Baş nazir son durumu AÇIQLADI | Icma.az
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin mərkəzində iğtişaşlara çevrilən etirazları ölkədə “maydan” təşkil etmək üçün uğursuz cəhd adlandırıb və əhalini vəziyyətin nəzarət altında olduğuna əmin edib.Modern.az xəbər verir ki, Kobaxidze brifinqdə deyib: “Görürsünüz ki, uğursuz “milli maydan”dan sonra müəyyən qüvvələr, zorakı qruplar ölkəmizin mənafeyinə, o cümlədən biznes fəaliyyətinin maraqlarına müəyyən zərər vurmaq üçün hərəkətə keçiblər, lakin bu cəhdlər uğursuzluğa məhkumdur”.Gürcüstanda etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb.Hər axşam Tbilisidə parlamentin yaxınlığında minlərlə etirazçı toplaşır, onlardan bəziləri infrastrukturu zədələyir, təhlükəsizlik qüvvələrinə daş, molotov kokteyli və pirotexniki vasitələr atır, polis isə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.
Hakimiyyət baş verənlərdə ölkənin keçmiş hakim partiyası “Vahid Milli Hərəkat”ı suçlayır.
““Milli maydan” iflasa uğrayıb və ölkənin maraqları əvvəldən sona kimi qorunacaq”, - Kobaxidze bildirib.
Hakimiyyət dəfələrlə bildirib ki, “radikal müxalifət” xaricdəki ağalarının göstərişi ilə və xarici pullarla Gürcüstanın milli maraqlarına qarşı mübarizə aparır.
Gürcüstanın müxtəlif şəhərlərində davamlı olaraq etirazlar keçirilir, lakin Tbilisidə onlar sistematik və genişmiqyaslı xarakter alıb.
Noyabrın 29-dan dekabrın 4-dək aksiya iştirakçıları, jurnalistlər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 162 nəfər tibb müəssisələrinə aparılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 143 polis əməkdaşı ağır xəsarət alıb.
Tam oxu
Xəbəri oxu