Gürcüstanda son vəziyyət... VİDEO

02.12.2024

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlılar bütün gecəni etirazçıları Rustaveli prospektində saxlayıb, onların parlamentə qayıtmasına mane olub.

Səhər saatlarında hüquq-mühafizə orqanları bir neçə etirazçını saxlayıb.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Xatırladaq ki,  noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью