Gürcüstanda sorğu: Saakaşvili reytinqdə Kobaxidze və İvanişviliyə çatdı

19.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Hakim “Gürcü Arzusu” Partiyasının özünün keçirdiyi sorğunun nəticələrinə əsasən, mənim reytinqim Bidzina İvanişvili və İrakli Kobaxidzenin reytinqi ilə bərabərdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Əla xəbər! Özlərinin keçirdiyi son sorğuda 2012-ci ildən bəri ilk dəfə mənim reytinqim İvanişvili və Kobaxidzenin reytinqi ilə bərabərləşib. Hər ikimizə 35-36 faiz yazıblar. Qalan partiyaların heç biri 3 faizi keçə bilmir. Bu, müxalifətin diktaturaya kəskin şəkildə qarşı çıxmaq əvəzinə, mənə qarşı mübarizəni əsas prioritet seçməsinin nəticəsidir. Müxalifət ikinci dərəcəli müxalifətə çevrilib. Belə bir ikinci əl müxalifət kimə lazımdır ki?

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) belə onlara deyib ki, yeganə şansları Saakaşvili ilə birləşməkdir”, - Mixeil Saakaşvili qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью