Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
“Gürcüstanda “Maydan” təşkil etmək cəhdi başa çatdı”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.
O, hamını ölkədə əmin-amanlığı qorumağa çağırıb.
“Hamını əmin edə bilərəm ki, bu ölkədə sülh olacaq”, - baş nazir söyləyib.
Prezident Salome Zurabişvili və kimlərinsə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi ilə bağlı suala o cavab verib ki, bu məsələ aidiyyatı qurumların səlahiyyətində olacaq.