Gürcüstanda sürücülük vəsiqəsi alan Azərbaycan vətəndaşlarının sayı artıb

04.02.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il Gürcüstanda 27 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin 2025-ci il üzrə hesabatından məlum olur.

İllik müqayisədə qonşu ölkədə avtomobil idarə etmək hüququ əldə etmiş Azərbaycan vətəndaşlarının sayı 7 nəfər artıb.

2025-ci ildə Gürcüstanda sürücülük vəsiqəsi alan 16-49 yaş arasında olan vətəndaşlarımızın 14-ü kişi, 13-ü qadındır.

Hesabat ilində Gürcüstanda ümumilikdə 4 500-ə yaxın şəxs sürücülük vəsiqəsi alıb ki, onların da yarıdan çoxu Gürcüstan vətəndaşıdır.

Qeyd edək ki, Gürcüstanda sürücülük vəsiqəsini 16 yaşdan almaq mümkündür. Bu yaşda moped, kvadrasikl və trisiklləri idarə etmək hüququ əldə etmək olur. Motosiklet və minik avtomobili idarə etmək üçün isə sürücülük vəsiqəsi 17 yaşdan etibarən verilir.

2025-ci ilin may ayının sonundan etibarən xarici vətəndaşlar Gürcüstanda sürücülük vəsiqəsini yalnız yaşayış icazəsi və yaxud ölkədə 185 gündən artıq qalma barədə arayış əsasında ala bilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью