Gürcüstanda tezliklə prezident seçkisi keçirilə bilər: Nazirdən açıqlama

13.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Gürcüstanda yeni prezident seçkisi, güman ki, 2025-ci ilin əvvəlində baş tuta bilər".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze Bakıda keçirilən BMT-nin iqlim konfransında jurnalistlərə müsahibəsində deyib.

"Ölkədə sülh və əmin-amanlıqdır. Parlament seçkisinin nəticələrinə yekun vurulacaq, bundan 10 gün sonra parlamentin ilk iclası baş tutacaq. Daha sonra parlament həyatına start veriləcək və tezliklə, çox güman ki, yanvarın əvvəlində prezident seçkisi keçiriləcək. Ölkə həmişəki kimi həyatına davam edir", - deyə Kobaxidze bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью