Gürcüstanda uğurlu çıxış

30.12.2024

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirində uğurla çıxış edib.

O, birdən qaldırma hərəkətində 148, təkanla qaldırmada isə 181 kiloqram çəkini başının üstünə qaldırıb. Təmsilçimiz toplamda 329 kiloqram (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.

L.QURBANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью