Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hökumətin qərarı ilə Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşəcək.
"Cebheinfo.az" yerli mediayaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze açıqlama verib.
Onun sözlərinə görə, universitetlərin birləşdirilməsi məqsədilə nazirin əmri ilə müvəqqəti idarəetmə orqanı – şura yaradılacaq və rektorun və rektor müavinlərinin vəzifələrini icra edən şəxslər təyin ediləcək. Həmin şəxslər reorganizasiya prosesini həyata keçirəcəklər:
“Ali təhsil sistemində mühüm islahatların başlanması dərin təhlilə, beynəlxalq təcrübəyə və ölkənin uzunmüddətli inkişaf maraqlarına əsaslanır. Son dövrdə dövlət universitetlərinin akademik proqramları, tədqiqat istiqamətləri və infrastrukturu üzrə müqayisəli analiz aparılıb.
Bu prosesin və rektorlarla aparılan ilkin məsləhətləşmələrin nəticəsi olaraq, Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi barədə qərar qəbul etdik.
Bu addım İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin regionda akademik və elmi inkişaf üzrə aparıcı mərkəzə çevrilməsinə və beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına zəmin yaradacaq.
Qanunvericiliyə ediləcək dəyişikliklər layihəsinə əsasən, universitetlərin birləşdirilməsi üçün nazirin əmri ilə müvəqqəti idarəetmə orqanı – şura yaradılacaq və reorganizasiya prosesini aparacaq rektorun və rektor müavinlərinin vəzifələrini icra edən şəxslər təyin ediləcək”, – deyə Mikanadze bildirib.
Mikanadzenin sözlərinə görə, birləşmədən sonra universitetin adı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti olacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin