Gürcüstanda vəziyyət...

29.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Tbilisidə Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına etiraz olaraq aksiya keçirilir.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri ölkə parlamentinin binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Polis davamlı olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

Aksiya zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında bir neçə toqquşma olub. Gözyaşardıcı qazdan zərərçəkən bəzi etirazçılar oradakı növbətçi təcili yardım qruplarından kömək istəyib.

Moderator.az Qafqaqzinfo.az-a istinadən aksiyadan görüntüləri təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью