Gürcüstanda vəziyyət gərginləşir Etirazçılar polisə daş atdılar

01.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları yenidən ali qanunverici orqanın pəncərələrinə və polisə pirotexniki vasitələr və daşlar atmağa başlayıblar.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, daş zərbələrindən özlərini qalxanlarla qoruyan Daxili İşlər Nazirliyinin əməkdaşları aqressiv gənclərin binanın divarlarına yaxınlaşmasının qarşısını almağa çalışırlar.

Vaxtaşırı polis yaxınlaşan etirazçılara su səpmək üçün yanğın şlanqından istifadə edir.

Bu anlarda parlament binasına bitişik küçələrə Daxili İşlər Nazirliyinin polis və xüsusi təyinatlı dəstələri səfərbər edilib. Etirazçılar mütəmadi olaraq polisi təhqir edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью