Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Gürcüstan Qərblə münasibətdə müstəqil siyasət aparmaq istəyir.
Birmənalı şəkildə qərb dövlətlərinin istədiyini etmək yerinə aparılan siyasəti Gürcüstanın reallıqlarına uyğunlaşdırmaq prinsipi yürüdürlər.
Ona görə də Gürcüstanda Avropa qurumlarının istədiyi qanunların qəbul etdirilməsinə ciddi müqavimət göstərirlər.
Avropa Gürcüstanın istəmədiyi qərarları qəbul etdirməyə çalışır.
Buna LGBT və xarici agentlər haqqında qanun layihəsində Gürcüstanın nümayiş etdirdiyi mövqe nümunədir.
Gürcüstan çətin keçid qarşısındadır".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib: "Bölgədə Avropa ilə sərbəst münasibət qura bilən ölkə yalnız Azərbaycandır.
Azərbaycan müstəqilliyini möhkəmləndirməyə başladığı dövrdən etibarən bu kursla hərəkət edir.
Bu kurs üzərində Azərbaycanın diplomatiyası formalaşıb. Ona görə də ölkəmiz belə böyük çətinliklərlə qarşılaşmır".O bildirib ki, Gürcüstan "