Gürcüstanda vitse prezident postu və yeni dövlət naziri vəzifələri təsis olunub

21.04.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 21 aprel, AZƏRTAC

Gürcüstanın hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi hökumət strukturuna əlavə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Hökumət başçısının sözlərinə görə, sözügedən vəzifəni Mamuka Mdinaradze tutacaq və ona Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunacaq. M.Mdinaradze vitse-prezident vəzifəsini də icra edəcək.

Bundan başqa, xarici işlər naziri Maka Boçorişviliyə Gürcüstanın Baş nazirinin müavini vəzifəsi də həvalə olunub.

Bununla da, Baş nazirin hökumətin tərkibində üç müavini olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью