Gürcüstanda xüsusi əməliyyat keçirilib, saxlanılanlar var

29.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Dövlət Təhlükısizlik Xidməti (DTX) xarici ölkədə fəaliyyət göstərən ən böyük cinayətkar qruplardan birinin 3 üzvünü həbs edib. Onlar bu ölkəyə qanunsuz odlu silah və sursat idxal etnəkdə ittiham olunurlar.

XQ xəbər verir ki, bu barədə Gürcüstan DTX-si məlumat yayıb.

Bildirildiyinə görə, istintaq zamanı məlum olub ki, xarici ölkədə fəaliyyət göstərən ən böyük cinayətkar qruplardan birinin şəbəkə üzvləri qanunsuz olaraq Gürcüstana satış məqsədilə odlu silah və sursat idxal ediblər.

Saxlanılanların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və müvəqqəti yaşayış yerlərinə baxış nəticəsində qanunsuz odlu silahlar, sursatlar, narkotik maddələr və satış üçün hazırlanmış elektron cihazlar sübut kimi götürülüb. İlkin yoxlama zamanı qeyd olunan cihazlarda müxtəlif cinayət əməllərini, o cümlədən xüsusilə külli miqdarda narkotik maddənin satışı ilə bağlı foto və video materiallar aşkar edilib. Müsadirə olunmuş sübutlar ekspertizaya göndərilib.

DTX beynəlxalq cinayətkar şəbəkədə iştirak edən digər şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün araşdırmaları davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью