Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi xüsusi əməliyyat keçirib.
XQ xəbər verir ki, agentliyin əməkdaşları əvvəlcədən razılaşdırılmış bir qrup şəxs tərəfindən başqasının vəsaitlərinin saxtakarlıqla mənimsənilməsi faktı ilə bağlı 2 nəfəri həbs ediblər. Onlar Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və "Qardabani Futbol Klubu" MMC-nin məşqçisi olublar.
Araşdırma zamanı aydınlaşıb ki, bu şəxslər digər Nigeriya vətəndaşına Gürcüstanda müvəqqəti yaşayış icazəsi almağa kömək etmək məqsədilə adıçəkilən futbol klubu ilə saxta müqavilə imzalayıb və bunun müqabilində ondan 3000 ABŞ dolları alıblar.
İstintaq aparılır, saxlanılan şəxsləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.