Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb.
APA-nın yerli bürosu xəbər verir ki, ölkədə fəaliyyət göstərən brend yanacaqdoldurma məntəqələrində (YDM) qiymət tənzimləmələri müşahidə olunur.
Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.
Qeyd edək ki, Gürcüstanda yanacağın qiyməti 2025-ci ilin noyabrından bir qədər aşağı düşəndən sonra dəyişməz qalırdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin